Zurna-balabanla istefa ərizəsi yazmaq – Bir məşqçinin faciəsi

28 Avqust 2022 11:20 Gündəm 1 500
Zurna-balabanla istefa ərizəsi yazmaq – Bir məşqçinin faciəsi

Məğlubiyyətləri sıralayan «Kəpəz»də Yaşar Vahabzadə erasının başa çatması münasibətilə bütün gəncəli futbolsevərləri təbrik edirəm!

Doğma klublarının Premyer Liqanın startındakı dörd məğlubiyyətə necə üzülmüşdülərsə, şübhə yox ki, baş məşqçinin burada keçirdiyi dördüncü mövsümə vaxtından əvvəl son vermək istəməsindən bir o qədər məmnun qalıblar

Arzuladıqları, çalışdıqları elə bundan ötrü deyildimi? Hər məşqdə, hər oyunda Vahabhzadəni istefaya səsləyən fanat kəsimi, gec də olsa, məqsədinə çatdı.

Əlbəttə, «Kəpəz»in üzləşdiyi ağır durumu yalnız Vahabzavdənin üstünə atmaq olmaz. O. sadəcə, bu faciəvi vəziyyətin səbəbkarlarından biri, bir parçasıdır.

Gəncə publikasının Vahabzadə ilə ulduzu çoxdan barışmır.

Necə də olmasa, «Kəpəz» bu baş məşqçinin rəhbərliyi altında I Diviziondan bir-birindən betər 3 uğursuz mövsüm keçirib. Aşağı dəstə mənsubları arasında ən iri büdcə «Kəpəz»də ola-ola.

Diviziondan başlayan qarşıdurma Vahabzadəni yordu, əldən saldı, bezdirdi. Bu, gözlənilən idi və gözlənilənin həyata keçməsi adi qarşlıanmalıdır.

62 yaşlı baş məşqçi səhv iş gördü, gərəkAFFA-ya bəribaşdan deyərdi ki, həvəsdir, bəsdir, Premyer Liqa mənim yerim deyil, icazə verin, «dəlləkliy»i «Kəpəz»in başında öyrənməyim.

AFFA ilə münasibətlərinin korlanmaması, «sözə baxmayan məşqçi» olmamaq üçün federasiyanın qarşısında susdu, qaldı, indi də istefa şüarlarının, müxtəlif təzyiq vasitlərinin, təhqiramiz ifadələrin təsiri altında ərizə yazmalı oldu.

Belə, zurna-balabanla vəzifəsindən getməyi heç bir məşqçiyə arzulamıram. Dəhşətli, sancılı bir prosesdir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti