“Kəpəz”in futbolçuları Vahabzadənin bu məşqçi ilə əvəzlənməsini istəyir

27 Avqust 2022 14:40 Gündəm 2 186
“Kəpəz”in futbolçuları Vahabzadənin bu məşqçi ilə əvəzlənməsini istəyir

Mayda “Səbail”in baş məşqçi postundan uzaqlaşdırılan Aftandil Hacıyev tezliklə Premyer Liqanın səhnəsinə qayıda bilər.

O, “Kəpəz”in sükanı arxasına keçməyə real namizəddir.

Gəncə təmsilçisinin futbolçuları gənc çalışdırıcının iş başına gətirilməsini istəyir və bununla bağlı öz fikirlərini klub rəsmilərinə söyləyib.

Komanda üzvləri Yaşar Vahabzadə ilə işləməyin çətin və dözülməz olduğunu diqqətə çatdırıblar. Onlar bildirib ki, Vahabzadənin məşqçi savadı va bacarığı çox aşağıdır, bu azmış kimi, ünsiyyəti, yanaşması adekvat deyil.

3 ildən sonra Premyer Liqaya dönən “Kəpəz” ilk üç turda məğlubiyyətə uğrayıb. Qərb komandası sırası ilə “Zirə”, “Neftçi” və “Qəbələ”yə uduzub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!