İlham Əliyev Paşinyanla Brüsseldə görüşəcək

25 Avqust 2022 16:30 Gündəm 854
İlham Əliyev Paşinyanla Brüsseldə görüşəcək

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan avqustun 31-i görüşəcək.

Görüş Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.

Məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti təsdiqləyib. Qeyd olunur ki, hər iki ölkənin liderinin görüşü Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

Daha öncə Ermənistanın “Hraparak” nəşri görüşün avqustun 31-i Moskvada baş tuta biləcəyini yazmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!