Albaniyada 3 klubun formasını geyindi, bu gün Azərbaycana gəlir

25 Avqust 2022 14:40 Gündəm 1 873
Albaniyada 3 klubun formasını geyindi, bu gün Azərbaycana gəlir

"Turan Tovuz" bu gün yeni legionerə qovuşacaq.

Henri Okebuqvu axşam saatlarında bölgə klubunun düşərgəsində yer alacaq.

Bir neçə mövqedə oynamağı bacaran nigeritalı ilə danışıqlar uğurla başa çatdığından, keçidi pulsuz başa gəlib. 24 yaşlı afrikalı ilə nəzərdə turulan müqavilənin müddəti 1 ildir.

Onun sonuncu klubu Albaniyanın "Kastrioti"si olub. Burada 90 oyunda forma geyinib, 5 qol və 4 asistlə yadda qalıb.

Nigeriyanın U-17 millisində 12 oyun keçirmiş mərkəz yarımmüdafiəçisinin karyerası bütünlüklə Albaniya klubları ilə bağlıdır. “Kastrioiti”dən əvvəl “Eqnatia” və “Partizani”nin şərəfini qoruyub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti