Bu şəxs PFL prezidenti postunda Ramin Musayevi əvəzlədi - SON DƏQİQƏ

29 İyul 2022 11:20 Gündəm 2 582
Bu şəxs PFL prezidenti postunda Ramin Musayevi əvəzlədi - SON DƏQİQƏ

Peşəkar Futbol Liqasının (PFL) yeni prezidentinin kimliyi Sportinfo.az-a məlum olub.

2006-cı ildən qurumun rəhbəri vəzifəsini tutan Ramin Musayevi bu postda Elxan Səmədov əvəzləyəcək.

Artıq Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb. Açıqlamada qeyd olunub ki, o, səhhəti ilə əlaqədar postunu tərk edib.

14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub.

“Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2008-ci il iyulun 2-də AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci il iyulun 3-də AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

Əslində, «Neftçi»nin sabiq vitse-prezidentinin belə bir fikrə düşməsi səhhəti ilə bağlı deyil.

Düzdür, onun sağlıq durumunda problemləri var, dəfələrlə əməliyyat keçirib, amma son təlimatın SOCAR-dan və bu qurumun bağlı olduğu çevrələrdən gəlməsini də bildirək.

Onu vəzifəyə gətirmiş Rövnəq Abdullayevin tezliklə AFFA prezidenti postundan ayrılmaq üzrə olmasını öyrənən Musayev ümumi vəziyyətlə barışıb.

Abdullayevdən sonra burada çalışmağın düzgün anlaşılmayacağını bilən Ramin bəy əlavə söz-söhbətlərin yaranmaması üçün birinci özü addım atıb.

Bu məsələ 10 gündür gündəmdədir. Onun Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində işlətdiyi «Qurban Qurbanov «Lex»i «lox» etdi» ifadəsinin yuxarı çevrələrinə xoş gəlmədiyini də söyləyək.

Doğrudur, PFL prezidenti «Qarabağ»ın «Sürix»lə keçirdiyi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu üçün isveçrəyə yollandı, amma ki, «oxun artıq yaydan» çıxmış olması heç nəyi dəyişmədi.

O, iyulun 15-də keçirilən püşkatma mərasimində “Qarabağ”ın “Lex” üzərində qələbəsinə belə şərh vermişdi:

“Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti