Azərbaycan futbolunda rəhbər istefası – Qəfil qərarın GİZLİN TƏRƏFİ

29 İyul 2022 10:40 Gündəm 5 464
Azərbaycan futbolunda rəhbər istefası – Qəfil qərarın GİZLİN TƏRƏFİ

Ramin Musayev istefa ərizəsi yazıb.

O, 2006-cı ildən prezidenti olduğu Peşəkar Futbol Liqasından (PFL) ayrılmağa hazırlaşır.

16 ildir PFL-i idarə edən «Neftçi»nin sabiq vitse-prezidentinin belə bir fikrə düşməsi səhhəti ilə bağlı deyil.

Düzdür, onun sağlıq durumunda problemləri var, dəfələrlə əməliyyat keçirib, amma son təlimatın SOCAR-dan və bu qurumun bağlı olduğu çevrələrdən gəlməsini də bildirək.

Onu vəzifəyə gətirmiş Rövnəq Abdullayevin tezliklə AFFA prezidenti postundan ayrılmaq üzrə olmasını öyrənən Musayev ümumi vəziyyətlə barışıb.

Abdullayevdən sonra burada çalışmağın düzgün anlaşılmayacağını bilən Ramin bəy əlavə söz-söhbətlərin yaranmaması üçün birinci özü addım atıb.

Bu məsələ 10 gündür gündəmdədir. Onun Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində işlətdiyi «Qurban Qurbanov «Lex»i «lox» etdi» ifadəsinin yuxarı çevrələrinə xoş gəlmədiyini də söyləyək.

Doğrudur, PFL prezidenti «Qarabağ»ın «Sürix»lə keçirdiyi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu üçün isveçrəyə yollandı, amma ki, «oxun artıq yaydan» çıxmış olması heç nəyi dəyişmədi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti