«Yaxın bir həftə ərzində klubumuzun Müşahidə Şurasının növbəti toplantısı keçiriləcək».
Bunu Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev deyib.
9 illik aradan sonra Premyer Liqaya dönən qərb təmsilçisi dəyişikliyə hazırlaşır.
Belə ki, Oqtay Abdullayev Müşahidə Şurasının sədri postundan ayrılıb. 2014-cü ildən burada olan Abdullayev artıq klub prezidenti kimi fəaliyyətini davam etdirəcək. Onun yerini tutmağa isə bir neçə namizəd var.
N.Nəbiyevi dinləyək: «Şuranın toplantısı cari məsələlərə və növbəti mövsümlə bağlı planların müzakirəsinə həsr olunacaq. Müəyyən işlər var ki, onların təcili həlli lazımdır.
Bura büdcə, yeni təyinatlar, əsas və əvəzedici komandalar, o cümlədən, akademiya ilə əlaqəli məsələlər daxildir. Həmçinin şura üzvlərinin hər birinin konkret nə iş görəcəyi bilinməlidir».

