“Qurban Qurbanov bir çox nazirlərə nümunədir” - VİDEO

27 İyul 2022 19:00 Gündəm 1 048
“Qurban Qurbanov bir çox nazirlərə nümunədir” - VİDEO

“Xural TV”nin rəhbəri Əvəz Zeynallı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İsveçrədə etdiyi hərəkəti təqdir edib.

Məsələ ondadır ki, o, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə (İsveçrə) keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında nümunəvi addımı ilə yadda qalıb.

Sürixdəki mətbuat konfransında yerli jurnalistlərdən biri Qurbanova rus dilində sual verib və qeyd edib ki, “rus dilində danışa bildiyinizi eşitmişəm”.

Baş məşqçi isə cavabında "Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” deyib.

Sualı dinləyən çalışdırıcının cavabı Azərbaycan dilində olub.

Ə.Zeynallı bu addımından dolayı Qurban Qurbanovün ünvanına haqlı tərif yağdırıb, onu bir çox nazirlərə, rəsmi şəxslərə nümunə göstərib.

Tanınmış media kapitanı “Qarabağ”ın çalışdırıcısını Türkiyə millisinin və “Qalatasaray”ın sabiq çalışdırıcısı Fatih Terimə bənzədib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti