"Bu mövsüm ilk dəfə qapımızı toxunulmaz saxlamağı bacardıq".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Sürix"in baş məşqçisi Franko Fodaya məxsusdur.
İsveçrə çempionatının ikinci turunun "Lütsern"lə 0:0 bitən oyunu haqda danışan almaniyalı mütəxəssis bütün diqqəti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ"la cavab matçına yönəltdiklərini bildirib:
"Lütsern"i məğlub etmək üçün enerjimiz və aktivliyimiz çatmadı. Bu görüş geridə qaldı. Artıq toparlanıb "Qarabağ"la cavab oyununa hazırlaşmaq lazımdır".
56 yaşlı çalışdırıcı Ağdam təmsilçisi ilə Bakıdakı ımatçın ikinci hissəsində yaxşı oynadıqlarını deyib:
"Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik. "Qarabağ"la oyunun ikinci hissəsində daha yaxşı olan tərəf biz idik.
Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik".
"Qarabağ" ilk matçda "Sürix"i 3:2 hesabı ilə məğlub edib. Bu komadalar arasında cavab görüşü bu gün İsveçrədə baş tutacaq.

