"Qarabağ"a uduzsalar, qovulacaq - "Sürix"in baş məşqçisi

26 İyul 2022 23:20 Gündəm 1 238
"Qarabağ"a uduzsalar, qovulacaq - "Sürix"in baş məşqçisi

"Sürix"in baş məşqçisi Franko Foda istefaya göndərilə bilər.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a mümkün məğlubiyyət avstriyalı mütəxəssisin qovulması ilə nəticələnəcək.

Mövsümə uğursuz start verən Sürix şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatının ilk turunda "Yanq Boyz"a 0:4 hesabı ilə uduzub, II turda isə "Lütsern"lə qolsuz heç-heçə edib.

İyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Köhlən atlar" Bakıdakı ilk görüşdə 3:2 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti