Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Kəpəz" növbəti transferini həyata keçirib.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Fərid Nəbiyevi heyətində cəlb edib.
Bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü olan Fərid Nəbiyev 2020-2022-ci illərdə "Viktoriya"da (Jijkov) çıxış edib.
O, daha əvvəl Çexiyada “Slaviya”nın gənclər komandasında forma geyinib (2018-2020).

