Premyer Liqaya dönən klubdan SON DƏQİQƏ TRANSFERİ

22 İyul 2022 19:20 Gündəm 2 049
Premyer Liqaya dönən klubdan SON DƏQİQƏ TRANSFERİ

“Turan Tovuz”ın sıralarına qoşulan legionerlərin siyahısına yeni ad əlavə olunub.

Ötən mövsümün ikinci dövrəsində “Şamaxı”nın formasını geyinmiş Natan Oduva qərb klubunun Gürcüstandakı düşərgəsinə qoşulub.

Premyer Liqanın debütantı "Tottenhem"in yetirməsini Azərbaycana qaytardı

“Şamaxı” ilə sözləşməsi mövsümün sonunda başa çatmış hücumameylli yarımmüdafiəçi “Turan”la 1 illik müqavilə imzalayıb.

"Tottenhem"in yetirməsi olan 26 yaşlı ingiltərəlinin Premyer Liqanın köhnə-yeni iştirakçısı ilə 2500 dollar civarında maaşa anlaşdığını diqqətə çatdıraq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti