“Kəpəz” daha bir legionerlə müqavilə bağlayır - Azərbaycanda oynamış hücumçu

22 İyul 2022 16:40 Gündəm 1 658
“Kəpəz” daha bir legionerlə müqavilə bağlayır - Azərbaycanda oynamış hücumçu

“Kəpəz” daha bir gürcü legionerlə müqavilə bağlamağa hazırlaşır.

Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadə Mixail Erqemlidzeni sərəncamında görməkdə maraqlıdır.

22 yaşlı hücumçunun təlim-məşq toplanışı zamanı göstərdiyi performans məşqçilər heyətini qane edib.

Klub Erqemlidzenin transfer xəbəri haqda məlumat yayacaq.

“Dinamo”nun (Tbilisi) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, “Çixura”, “Qaqra” və Türkiyədə - “Adana Demirspor”da çıxış edib.

O, ötən mövsüm Azərbaycanda - “Sabah”ın heyətində çıxış edib.

“Kəpəz” yay transfer dönəmində daha iki gürcüstanlı futbolçunu heyətinə qatıb. Bunlar Mate Kvirkviya və Giorgi Kantariyadır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti