Azərbaycanda koronavirusa görə sərt karantin tətbiq olunacaq?

20 İyul 2022 22:10 Gündəm 814
Azərbaycanda koronavirusa görə sərt karantin tətbiq olunacaq?

“Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, sərt tədbirlərə ehtiyac yoxdur: “Qoruyuculuq təkcə maska geyməklə ölçülmür.

Əgər xəstə adam asqırıb-öskürürsə onun daxilində olan xəstəlik kənara yayılmır. Daha çox qarşı tərəfə yayılır. Bu adam maska geyərsə, qarşısındakı adamı yoluxdurmaya bilər.

Maskaların düzgün seçilməsi və onlardan düzgün istifadə etmək, məsafəni qorumaq və qapalı məkanlarda havanın tez-tez dəyişdirilməsi vacibdir.

Bunlara əməl etmək tövsiyə edilir. Yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyətin olacağını düşünmürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti