Mərkəzi arena "Qarabağ"ın oyununa necə hazırdır? - FOTOREPORTAJ

19 İyul 2022 17:40 Gündəm 1 224
Mərkəzi arena "Qarabağ"ın oyununa necə hazırdır? - FOTOREPORTAJ

"Qarabağ" bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında "Sürix"lə qarşılaşacaq.

20:00-da start götürəcək matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bildiyimiz kimi, adətən bu günlərdə stadionun ot örtüyü heç də yaxşı vəziyyətə olmur. "Qarabağ" dəfələrlə bunun əziyyətini çəkib.

Əhəmiyyətli oyuna saatlar qalmış Sportinfo.az-ın əməkdaşı mərkəzi arenaya baş çəkib, meydanın ot örtüyü ilə yaxından tanış olub.

Ot örtüyündə bir qədər saralma olduğu diqqətdən qaçmayıb. Bəli, örtüyün ideal vəziyyətdə olduğunu demək olmaz.

Amma bunun texniki futbola üstünlük verən "Qarabağ"a mane olacaq səviyyədə pis olduğunu da iddia edə bilmərik.

Ümid edək ki, axşam "Qarabağ" öz yaxşı oyunu və qələbəsi ilə bunu əyani təsdiqləmiş olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti