"Qarabağ"ın zəif cəhətlərini görmüşük" - Bakıya gələn kosovalı

18 İyul 2022 18:10 Gündəm 1 666
"Qarabağ"ın zəif cəhətlərini görmüşük" - Bakıya gələn kosovalı

“Sürix”in futbolçusu Mirlind Kryeziu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, kosovolu sabahkı oyunla bağlı bu cür danışıb:

“Qarabağ”ın son iki oyununu analiz etmişik. Bu komandanın hücum potensialına bələdik.

Topla oyuna üstünlük verirlər, topsuz da olanda pressinq etməyi bacarırlar. Amma biz eyni zamanda “Qarabağ”ın zəif cəhətlərini görmüşük. Analiz etmişik. Onlardan istifadə etməyə çalışcağıq”.

İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti