"Zenit"dən ayrılan Artyom Dzyuba karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, 33 yaşlı forvardla "Qarabağ" və "Nefrçi" maraqlanır.
Rusiya millisinin üzvü danışıqlar aparmaq üçün Bakıya gəlib.
Artyom Dzyuba son mövsümdə "Zenit"in heyətində meydana çıxdığı 39 matçda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Məşhur hücumçu Rusiya yığmasında 55 oyunda 30 qol vurub.
Dzyuba bu ilin may ayında "Zenit"dən ayrılıb. Buna görə də o, Azərbaycan klubuna azad agent statusu ilə keçə bilər.

