İtaliya "Salernitana"sının futbolçusu Flavius Danilyuk Azərbaycana qarşı AVRO-2024-ün seçmə mərhələ oyununda Avstriya yığmasında debüt edə bilər.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik martdakı qarşılaşmalar üçün 22 yaşlı müdafiəçiyə dəvət göndərəcək. 65 yaşlı mütəxəssis heyətdəki itkilərə görə bu addımı atacaq.
Danilyuk bunadək ölkəsinin U-21 yığmasının kapitanı olub.
Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

