Tanrı bu gün Mahiri MÖHTƏŞƏM HADİSƏ ilə sevindirəcəkmi?

15 May 2022 20:20 Gündəm 905
Tanrı bu gün Mahiri MÖHTƏŞƏM HADİSƏ ilə sevindirəcəkmi?

Xorvatiya liqasında 35-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, turnir cədvəlinin lideri, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” bu gün səfərdə “Sibenik”in (turnir cədvəlinin 8-cisi) qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 21.05-də başlanacaq.

Hazırda “Dinamo” 34 oyundan 73 xalla birinci, ondan bir matç çox keçirən “Hayduk” isə 72 xalla ikinci yeri tutur.

Odur ki, bu gün qələbə qazanacağı halda Zaqreb təmsilçisi ən yaxın izləyicisi ilə aradakı xal fərqini 4-ə yüksəldəcək və liqanın bitməsinə bir tur qalmış çempionluğu (23-cü dəfə) təmin edəcək.

Belə olarsa, M.Emreli də legioner kimi ilk çempionluğu yaşayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”