
AFFA rəsmiləri Avstriyanın paytaxtı Vyanada UEFA-nın 46-cı konqresində iştirak edib.
Tplantıya qurumun baş katibi Sərxan Hacıyev və baş katibin müavini Kamran Vəliyev qatılıb.
Onlar burada FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinin icrasına başlayan AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədovla bir araya gəlib.
Görüşdə federasiyanın gündəliyini təşkipl edən cari məsələlər müzakirə olunub. E.Məmmədov Bakıdan gələn kadrlarına müvafiq tapşırıqlar verib.
O, belə də də AFFA-nın gündəlik fəaliyyətini nəzarətdə saxlayır.
15 il federasiyanı idarə etmiş funksioner mütəmadi olaraq AFFA-nın yeni baş katibi Sərxan Hacıyev və digər rəsmilərlə təmas qurur. İstər Hacıyev, istərsə də digərləri onunla məsləhətləşmədən heç bir işi icra etmir.
Hələ bir müddət əvvəl Fransanın paytaxtı Parisdə ev almış E.Məmmədov müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, qurumun Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyəti ilə məşğul olur.
O, yeni vəzifəsində FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyib.
E.Məmmədov AFFA rəsmiləri ilə əlaqə qurmaqla kifayətlənməyib. Federasiyanın binasında başverənləri, kimlərin ora gəlib-getməsini mobil telefonundakı kamera vasitəsilə nəzarətdə saxlayır.
SPORTİNFO.AZ