“Legiya“ Mahirə SATIŞ QİYMƏTİ qoydu – İNANILMAZ RƏQƏM!

27 Yanvar 2022 14:00 Gündəm 2 467
“Legiya“ Mahirə SATIŞ QİYMƏTİ qoydu – İNANILMAZ RƏQƏM!

“Legiya“ Mahir Emrelinin transfer qiymətini müəyyənləşdirib.

Polşa klubu ötən ilin yayında 3+1 illik müqavilə imzaladığı 25 yaşlı hücumçunu 2,6 milyon avroya satmağa hazırdır.

Varşava təmsilçisi düşərgəyə gperi dönmək istəməyən forvardı bu məbləğdən aşatğı rəqəmə satmayacağı barədə onun nümayəndələrini məlumatlandırıb.

Türkiyəli jurnalist Yağız Sabuncuoğlu da Mahir Emrelinin transferi ilə bağlı açıqlama yayıb. Yazar bu barədə Tvitterdə paylaşım edib.

O bildirib ki, “Başakşehir” millimizin hücumçusuna görə “Legiya”ya 750 000 avro təklif edib.

Bir həftə əvvəl Türkiyə mətbuatında 24 yaşlı forvardın “Başakşehir”lə anlaşması ilə bağlı xəbər yayılmışdı.

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti