Avropanın hansı məşhur klubu Mahirə elçi düşüb?

3 Dekabr 2021 13:20 Gündəm 1 412
Avropanın hansı məşhur klubu Mahirə elçi düşüb?

Azərbaycan millisinin futbolçusu Mahir Emreli cari mövsümün sonunda Polşa "Legiya"sından ayrıla bilər.

Sportinfo.az "efotbal.cz" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Çexiyanın "Slaviya" (Praqa) klubunun maraq dairəsinə düşüb.

İddiaya görə, forvardın çxışını diqqətlə izləyən Praqa klubunun baş məşqçisi Yindrjix Trpişovski onun oyununu bəyənir.

Bildirilib ki, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə və avrokuboklarda mübarizəni dayandırsa, Emreli Polşa çempionu ilə vidalaşacaq.

Bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla 2024-cü ilin iyununadək müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il