Bu axşam saat 20:00-da “Qarabağ”ın Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək. Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.
