Portuqaliya Almaniya, Polşa İspaniya ilə üz-üzə - BU GÜN

19 İyun 2021 11:30 Gündəm 1 009
Portuqaliya Almaniya, Polşa İspaniya ilə üz-üzə - BU GÜN

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, görüşlərdən ikisi F, biri isə E qrupunda oynanılacaq.

Günün ilk matçı F qrupunda Macarıstan və Fransa yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Oyunu ingiltərəli Maykl Oliver idarə edəcək. İlk turda Almaniyanı 1:0 hesabı ilə məğlub edən Fransa qələbə qazanacağı təqdirdə 1/8 final mərhələsinə vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə son çempion Portuqaliya Almaniya ilə üz-üzə gələcək. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu qarşılaşmanın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. İlk oyunda macarları 3:0 hesabı ilə üstələyən Portuqaliya güclü rəqibinə də qalib gəlsə, növbəti raundda iştirakı rəsmiləşdirəcək.

Günün son matçında 3 qat Avropa çempionu Polşanı sınağa çəkəcək. Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionundakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu italiyalı Daniele Orsato idarə edəcək. İspanlar ilk oyunda İsveçlə qolsuz heç-heçə edibsə, Polşa Slovakiyaya 1:2 hesabı ilə uduzub.

F qrupu, II tur

17:00. Macarıstan - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə)

Budapeşt. "Puşkaş Arena"

20:00. Portuqaliya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə)

Münhen. "Münhen Arena"

23:00. İspaniya - Polşa

Baş hakim: Daniele Orsato (İtaliya)

Sevilya. "Estadio La Cartuja" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"