Almaniya Fransaya qarşı, Macarıstan son çempion önündə

15 İyun 2021 12:50 Gündəm 1 089
Almaniya Fransaya qarşı, Macarıstan son çempion önündə

Bu gün futbol üzrə Avropa çempionatında daha iki oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, F qrupunun görüşləri ilə I tura yekun vurulacaq.

Günün ilk matçı Macarıstanda yerli yığma ilə turnirin son qalibi Portuqaliya arasında olacaq.

Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Digər matçda isə Avropa çempionatının 2 əsas favoriti - Almaniya və Fransa milli komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Münhendəki eyniadlı areanda baş tutacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İki komanda ilk dəfə hansısa böyük turnirin qrup mərhələsində üz-üzə gələcək. Sonuncu dəfə AVRO-2016-nın yarımfinalına təsadüf edən dueldə fransızlar 2:0 hesablı qələbə qazanıblar.

F qrupu, I tur

20:00. Macarıstan - Portuqaliya

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Budapeşt, "Puşkaş Arena"

23:00. Fransa - Almaniya

Baş hakim: Karlos del Serro Qrande

Münhen, "Münhen Futbol Arenası"

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?