Diplomatik korpus nümayəndələri bu gün Qubadlı və Laçında olacaq

6 Mart 2021 12:21 Gündəm 492
Diplomatik korpus nümayəndələri bu gün Qubadlı və Laçında olacaq

Diplomatik korpuslar, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelər bu gün Laçın, Qubadlı və Füzuli rayonuna səfər edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

"Prezident İlham Əliyevin təlimatı ilə diplomatik korpus nümayəndəliklərinin Fizuli, Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilir.

Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqları üçün minnətdarıq",-deyə Hikmət Hacıyev qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı