Azərbaycanda koronavirusa 326 yeni yoluxma - BU GÜN

26 Yanvar 2021 17:50 Gündəm 671
Azərbaycanda koronavirusa 326 yeni yoluxma - BU GÜN

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 229 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 142 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 372 min 616 test aparılıb. Bugünkü test sayı isə 7 807-dur.

Digər Xəbərlər
Xəbər Lenti