Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradıldı

11 İyul 2024 03:20 Gündəm 1 273
Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradıldı

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxx yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Eyni zamanda,“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini;

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini;

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini;

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM