"Qarabağ"dan yeni müqavilə - Tərəflər arasında razılaşmaya görə… FOTO

25 Fevral 2025 11:00 Gündəm 1 690
"Qarabağ"dan yeni müqavilə - Tərəflər arasında razılaşmaya görə… FOTO

«Qarabağ» ilə «Sərhədçi» İdman-Sağlamlıq Mərkəzi arasında yeni müqavilə imzalanıb.

Ağdam klubu sözügedən məkanı uzunmüddətli icarəyə götürüb.

Tərəflər arasında razılaşmaya əsasən, kompleksin bazasında yer alan otel və meydança «köhlən atlar»ın ixtiyarına verilib.

«Qarabağ» həmçinin burada yeni süni qazon salacaq. Burada yalnız onların futbol akademiyasının komandaları məşq və oyun keçirəcək.

«Qarabağ» həmin müddətdə kompleksdə təmir və yenidənqurma işləri aparacaq. Bu, əslində, illərdir davam edən əməkdaşlığın növbəti mərhələsidir.

Ağdamlılar yaxınlarda «Sərhədçi»də mühüm iş görüb, meydanın sahəsini genişləndirib, süni ot örtüyünü yenisi ilə əvəzləyib.

SPORTİNFO.AZ

"Qarabağ"dan yeni müqavilə - Tərəflər arasında razılaşmaya görə…

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı