Daha bir komandamızın...

19 Aprel 2021 23:20 Güləş 515
Daha bir komandamızın...

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında səfərə 8 pəhləvan yollanacaq.

Azərbaycanı Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək.

Güləşin bu növü üzrə püşkatma mərasimi 22 apreldə, yarışlar isə 23 - 25 apreldə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!