Azərbaycan yığmasının iki tanınmış personasına nə olub?

13 Yanvar 2021 11:20 Güləş 1 063
Azərbaycan yığmasının iki tanınmış personasına nə olub?

Azərbaycanın iki tanınmış güləşçisi Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, sərbəst güləş üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevlə yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu Eldəniz Əzizli Fransadakı yarışa qatılmayacaq.

Əvəzində yığmanın yeni kapitanı, sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Fransaya yollanmağı planlaşdırır.

Komandanın yarış üçün heyəti yanvarın 14-də açıqlanacaq. Qran-pri 15 - 17 yanvarda olacaq. Şərif Şərifov son olaraq 2019-cu ilin noyabrında ALROSA Kubokunda çıxış edib və gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!