UEFA Azərbaycan millisinin "yol xəritəsi"ni açıqladı

4 İyul 2020 00:42 Futzal 1 152
UEFA Azərbaycan millisinin "yol xəritəsi"ni açıqladı

UEFA 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil ediləcək AÇ-2021-in planlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qitənin ali futbol qurumu ilkin və əsas mərhələnin püşkatma mərasimini bu il oktyabrın 23-də keçirəcək.

İlkin mərhələnin oyunları gələn il yanvarın 12-dən 17-dək, əsas mərhələnin qarşılaşmaları isə martın 23-dən 28-dək keçiriləcək. Həlledici mərhələ isə 2021-ci il oktyabrın 31-dən noyabrın 7-dək təşkil olunacaq.

8 komandanın iştirak edəcəyi və iki qrupda mübarizə aparacağı final mərhələsinə hansı ölkənin evsahibliyi edəcəyinə isə sentyabrın 24-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gətiriləcək.

U-19-lar arasında ilk Avropa çempionatı 2019-cu ildə keçirilib. Latviyda təşkil olunan qitə birinciliyinin qalibi İspaniya futzalçıları olub. Azərbaycan millisi əsas mərhələdə mübarizə aparıb və həlledici mərhələyə vəsiqə qazana bilməyib.

U-19 hazırda baş məşqçi Ağatahir Əzimovun rəhbərliyi altında fəaliyyət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu