Azərbaycan futbolunun tanınan siması dünyasını dəyişdi - FOTO

29 Mart 2020 17:12 Futzal 1 083
Azərbaycan futbolunun tanınan siması dünyasını dəyişdi - FOTO

Azərbaycan futboluna ağır itki üz verib.

Futzal Federasiyasının sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev dünyasını dəyişib.

Rzayev Ağarza Xanəhməd oğlu 1954-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub. 1971-ci ildə 173 saylı orta məktəbi bitirib. 1981-86-cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb.

Müxtəlif illərdə “Spartak”, “Avtomobilçi” komandalarında futbol oynayıb. 1994-1999-cu illərdə futzal üzrə Azərbaycan milli komandasının rəisi, 1999-2008-ci illərdə Azərbaycan Futzal Federasiyasının prezidenti olub.

2013-2018-ci illərdə futzal üzrə ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. 2018-ci ilin iyulundan AFF-nin İcraiyyə Komitəsinin üzvü olub.

Sportinfo.az saytının kollektivi onun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbər Lenti