Millimiz üçün ölüm-dirim oyunu - DÇ-2020

1 Fevral 2020 13:26 Futzal 1 151
Millimiz üçün ölüm-dirim oyunu - DÇ-2020

Futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsində bu gün son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığmamız Slovakiya futzalçıları ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matç CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Görüşü Angelo Qalante, Kiara Perona və Nikola Manzione (hakimlər briqadası İtaliyadandır) idarə edəcəklər.

Rusiya üzərindəki qələbədən sonra 3 xalı olan Joze Alesio da Silvanın rəhbərlik etdiyi komanda qrupdan çıxmaq şansını saxlayır. Bunun üçün millimiz slovaklara qalib gəlməli, qrupun digər matçında isə Rusiya xorvatlarla görüşdə xal itirməsini gözləməlidir. Son turun oyunlarından sonra ən azı 2 və ya 3 yığmanın xalı eyni olarsa, reqlamentə əsasən, komandaların öz aralarındakı oyunların nəticələri əsas götürüləcək.

Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. İkincilər "pley-off" oyunları keçirəcəklər.

Xəbər Lenti