Azərbaycan klubunun "Benfika" ilə cavab matçının vaxtı bilindi

01:10 Futzal 97
Azərbaycan klubunun "Benfika" ilə cavab matçının vaxtı bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın səfərdə keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz dekabrın 5-də “Benfika” ilə Lissabondakı “Pavilhao Fidelidade” Arenada üz-üzə gələcək.

Görüşün start fiti Bakı vaxtı ilə saat 21:30-da veriləcək. Arena 2400 azarkeş tutumuna malikdir.

Bu komandalar arasında ilk qarşılaşma noyabrın 24-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!