Rumıniyaya yollanan "Neftçi"nin eks idman direktoru: "Xoşuma gəldi"

3 Noyabr 17:40 Futzal 787
Rumıniyaya yollanan "Neftçi"nin eks idman direktoru: "Xoşuma gəldi"

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Naxçıvan təmsilçisi yer aldığı 7-ci qrupdakı son matçında Niderland çempionu "Tigers Roermond"u 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, 7 xal toplayan Azərbaycan çempionu qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyada yerli "Yunayted Qalati"ni məğlub edib - 2:1.

Komanda daha sonra Lüksemburq çempionu "Differdanje 03" ilə heç-heçə edib - 2:2.

"Neftçi"nin sabiq idman direktoru, vaxtilə futzal üzrə millinin də şərəfini qorumuş Ceyhun Sultanov Rumıniyaya səfərdə "Araz-Naxçıvan"ı tək buraxmayıb.

O, bu barədə Sportinfo.az-a açıqlama verib:

"Möhtəşəm sonluq oldu. Xüsusən son rəqib çox çətin komanda idi.

"Tigers Roermond" heç-heçə etsəydi, qrupdan onlar çıxacaqdı. "Araz-Naxçıvan" xarakter göstərdi, lazım olan nəticəni əldə etdi.

Komandamızın keçirdiyi oyunlar xoşuma gəldi. Qrupda birinci yer tutmağımız bu mənada mənə qətiyyən təəccüblü görünmədi.

Burada yaxşı futzalçılar çoxdur. "Araz-Naxçıvan"ın növbəti mərhələdə də adından söz etdirəcəyinə inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!