 
            Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
Bakı Tennis Akademiyasının meydançasında keçirilən görüşlərdə "Qalaksi" "Cənub Storm"u (6:1), "Lerik Əvilə" "Borçalı"nı (4:0), "Zirə" "Birbaşa Bakı"nı (2:1), "Siyəzən" isə "Gənclərbirliyi"ni (5:0) məğlub edib.
Turun daha əvvəl keçirilən matçlarında "Aznur" "Star Bakı"nı (18:2), "Atəşgah Suraxanı" "Lənkəran"ı (5:4), "DİN İdman Cəmiyyəti" "Bakı 145"i (5:3) üstələyib. "Sumqayıt" - "Buxar" duelində isə qalib müəyyənləşməyib - 2:2.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            