Azərbaycan millisi Ərəbistan yolunda iki yerə “parçalandı”

03:10 Futzal 119
Azərbaycan millisi Ərəbistan yolunda iki yerə “parçalandı”

VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan futzal millisinin səfərinin detalları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov məlumat verib.

O, komandanın noybrın 2-də Səudiyyə Ərəbistanına yola düşəcəyini söyləyib:

"Komanda VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə oktyabrın 16-dan 19-dək Bakıda toplanış keçib. Yekunda isə "Araz-Naxçıvan"ın legionerləri ilə yoxlama oyununda qüvvəsini sınayıb.

Milli noyabrın 2-də Bakıdan Ər-Riyada yola düşəcək.

Bir neçə futzalçı, baş məşqçi və məşqçi "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasında keçirəcəyi matçlardan sonra Rumıniyadan birbaşa Səudiyyə Ərəbistanına gedəcək. Heyətin qalan hissəsi isə Azərbaycandan Ər-Riyada uçacaq".

Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında A qrupunda Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi