"Şans barədə bir söz deyə bilmərəm" - Azərbaycan millisinin baş məşqçisi

08:20 Futzal 111
"Şans barədə bir söz deyə bilmərəm" - Azərbaycan millisinin baş məşqçisi

VI İslam Həmrəyliyi Oyunları Azərbaycan futzal millisinin təcrübə qazanması baxımından əhəmiyyətlidir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında yığmanın baş məşqçisi Yevgeni Kukseviç deyib.

O, səfərə aparılacaq oyunçuların bir çoxunun gənc olduğunu söyləyib:

"Rəqibləri tanıyıram, hamısı əsas heyətlə gələcəklər. Ona görə də güclü komandalara qarşı oynayacağımızı deyə bilərəm.

Şans barədə bir söz deyə bilmərəm. Bu turnir komandamızın təcrübə qazanması baxımından əhəmiyyətlidir.

Bilirsiniz ki, heyətdə müəyyən dəyişikliklər var. Səfərə aparacağımız oyunçuların bir neçəsi gənclərdir.

Onların beynəlxalq oyunlar keçirməsi gələcəkdə işimizə yarıyacaq".

A qrupunda yer alan Azərbaycan millisi Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı komandaları ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi