Yığmamız Səudiyyə Ərəbistanı ilə nə vaxt qarşılaşacaq?

02:40 Futzal 109
Yığmamız Səudiyyə Ərəbistanı ilə nə vaxt qarşılaşacaq?

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək sayca 6-cı İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal oyunlarının təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da keçiriləcək.

Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gətiriləcək.

A qrupu

4 noyabr

Liviya – Azərbaycan

Səudiyyə Ərəbistanı - Özbəkistan

6 noyabr

Özbəkistan – Azərbaycan

Səudiyyə Ərəbistanı – Liviya

8 noyabr

Səudiyyə Ərəbistanı – Azərbaycan

Özbəkistan – Liviya

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR