Milli yoxlama görüşündə "Araz-Naxçıvan"a məğlub oldu

19 Oktyabr 2025 03:40 Futzal 1 256
Milli yoxlama görüşündə "Araz-Naxçıvan"a məğlub oldu

Azərbaycanın futzal millisi yoxlama oyununda "Araz-Naxçıvan"a məğlub olub.

Sportinfo.az xəbər verir ki, yığma "Araz-Naxçıvan"ın legionerlərdən qurulmuş heyəti ilə üz-üzə gəlib.

Görüş Naxçıvan komandasının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində qolları Emil Həsənzadə və Qüdrət Qasımzadə vurublar.

Baş məşqçi Yevgeni Kukseviçin tapşırığına uyğun olaraq, Ülvi Əliyev birinci hissədə "Araz-Naxçıvan"ın, fasilədən sonra isə millinin heyətində yer alıb.

Ümumiyyətlə oyunda A millinin heyətində bu futzalçılar iştirak edib: Kamran Hacıyev (q), Cavad Məmmədov (q), Hüseyn Əbdülov (q), Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə, Emil Həsənzadə, Nihad İsmayılov, Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Eldar Zeynalov, Oqtay Mahmudzadə.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA