Naxçıvan klubu onların adlarını öyrəndi - Çempionlar Liqasında

08:30 Futzal 103
Naxçıvan klubu onların adlarını öyrəndi - Çempionlar Liqasında

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, FİFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan), İrmantas Kaprasovas (Litva) oyunlarda ədaləti qoruyacaq.

Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Rumıniyada keçiriləcək qrup mərhələsində “Araz-Naxçıvan”ın oyun qrafiki belədir:

29 oktyabr

22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)

Sala Sporturilor Dunarea

30 oktyabr

19:00. "Araz-Naxçıvan" – "Differdanje 03" (Lüksemburq)

Sala Sporturilor Dunarea

1 noyabr

18:00. "Tigers Roermond" (Niderland) – "Araz-Naxçıvan"

Sala Sporturilor Dunarea

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM