“Mükafatlarım çoxdur, hər yenisi adamı daha da həvəsləndirir” - Təmkin Xəlilzadə

02:30 Futzal 77
“Mükafatlarım çoxdur, hər yenisi adamı daha da həvəsləndirir” - Təmkin Xəlilzadə

Azərbaycanda 2025-ci ilin ən yaxşı minifutbolçusu seçilməsi Təmkin Xəlilzadənin məsuliyyətini daha da artırır.

Sportinfo.az xəbər verir ki, o, bu barədə açıqlama verib.

Milli üzvü bildirib ki, ölkə çempionatında 2025/2026 mövsümünün püşkatma mərasiminə qatılanda bu mükafatı alacağından xəbərsiz olub:

"Əvvəldən bu barədə məlumat verilmədi. Amma namizədlərdən biri olacağımı düşünürdüm.

Bu, xoş təəssüratlardır. Karyeram üçün də yaxşı günlərdən biridir.

Fərdi mükafat almaq məsuliyyətimi daha da artırır. Gözləntilər də çoxalır".

"Birbaşa Bakı"da çıxış edən Xəlilzadə ötən mövsümün karyerasında uğurlu alındığını vurğulayıb:

"Çünki klubumla ardıcıl 2-ci il Azərbaycan çempionu oldum, sonra isə milli komanda ilə doğma azarkeşlərimiz önündə dünya çempionluğunu qazandım.

Təəssüf ki, bu yaxınlarda Çempionlar Liqası ilə erkən vidalaşdıq. Amma bu da bizi həvəsdən salmır.

Əksinə, daha da motivasiya verir, çatışmazlıqlar üzərində işləməyə vadar edir. Hazırda bu mükafata sahib çıxdığım üçün çox sevinirəm.

Amma bununla kifayətlənmək istəmirəm. Mükafatlar gözəldi, amma dediyim kimi, məsuliyyəti artırır.

Fərdi mükafatlarım çoxdu və hər yenisi adamı daha da həvəsləndirir".

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 17:50 Çək və bizə göndər!