Vitse-prezident millinin oyunçuları ilə ŞƏKİL ÇƏKDİRDİ

6 Fevral 04:10 Futzal 733
Vitse-prezident millinin oyunçuları ilə ŞƏKİL ÇƏKDİRDİ

Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak edən və yer aldığı B qrupunun qalibi olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan - Yunanıstan oyununda əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov komanda üzvlərini qazanılan uğur münasibəti ilə federasiya rəhbərliyi adından təbrik edib, əsas mərhələdə də inamlı çıxış etməyin vacibliyini bildirib, bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb.

Sonda U-19-un üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

U-19 Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar 25-30 mart tarixlərində Xorvatiyada təşkil olunacaq.

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu