"Xan Lənkəran" kiminlə düşdü? - Kubokun püşkü

17 Yanvar 16:20 Futzal 428
"Xan Lənkəran" kiminlə düşdü? - Kubokun püşkü

Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında gerçəkləşib.

Yüksək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib bir oyunda müəyyənləşəcək.

Əsas vaxt heç-heçə başa çatarsa, tərəflər hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcəklər.

Bu dəfə də üstünülk əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər kollektiv 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin matçları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.

1/8 final

1. Baku Fire – Dalğa

2. Araz-Naxçıvan – Record club

3. PFL – Metropoliten

4. Neftçi İK – Timsport

5. STAR kargo – Yasamal Bakı

6. Trabzon Azərbaycan – Bakı

7. Xan-Lənkəran – Baku Fire-2

8. Dəstə Ordubad – U-19

1/4 final

9. 1-ci cütün qalibi - 8-ci cütün qalibi

10. 2-ci cütün qalibi - 7-ci cütün qalibi

11. 3-cü cütün qalibi - 6-cı cütün qalibi

12. 4-cü cütün qalibi - 5-ci cütün qalibi

Yarımfinal

9-cu cütün qalibi - 12-ci cütün qalibi

10-cu cütün qalibi - 11-ci cütün qalibi

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"