“Neftçi” İran millisinin oyunçusu ilə anlaşdı

15 Yanvar 09:20 Futzal 1 460
“Neftçi” İran millisinin oyunçusu ilə anlaşdı

“Neftçi” heyətini yeni futzalçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi iranlı Alireza Bayatla anlaşıb.

24 yaşlı oyunçu yaxın günlərdə müqavilə bağlamaq üçün Azərbaycana gələcək.

Futzal üzrə İran millisinin heyətində də çıxış etmiş Ə.Bayat son olaraq Tehranın “Safir Qofteman” komandasında oynayıb.

"Neftçi” Yüksək Liqada 10 oyundan sonra 23 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!