"İki gün ərzində mənə o qədər zənglər gəlib ki..."

21 Sentyabr 2023 08:40 Futzal 651
"İki gün ərzində mənə o qədər zənglər gəlib ki..."

Sportinfo.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün seçmə mərhələsinin Niderlandla (6:1) matç barədə sualları cavablandırıb.

- Oyun bizim üçün əla keçdi. Uşaqlar çox istəkli və motivasiyalı idi. O da nəticəyə kömək oldu, qəşəng nəticədir. Amma bir az da çox qol vura bilərdik. Qazaxıstanla oyuna qədər üç xal qazandıq. Çalışacağıq ki, Qazaxıstana qarşı da bu cür oyun göstərək. İkinci hissədə ilk yarıdakı kimi qol epizodlarından istifadə edə bilmədik. Birinci hissə 9 epizoddan 5-i qol oldu. Amma ikinci yarıda təkbətəklərimiz oldu, boş qapıya zərbələr var idi, ancaq qolla nəticələnmədi. Məqsədimiz qol buraxmamaq idi. Amma qol da vurmaq istəyirdik.

- Xətai Bağırovun performansını necə dəyərləndirirsiz? Sanki səviyyəsindən aşağı çıxış etdi....

- Yox, heç də səviyyəsindən aşağı çıxış etmədi. Necə lazımdırsa, oynadı. Ona da lazım olan vaxtı ayırdıq.

- Rumıniyaya məğlubiyyətdən sonra komandanı bu oyuna hazırlamaq çətin olmadıki?

- Xeyr, çətin olmadı. Həmin planda işləyirik. Düzdü, Rumıniya ilə matçdan sonra oyunçuların əhval-ruhiyyəsi aşağı düşmüşdü. Çünki oyuna baxanda, bütün göstəricilərdə onlardan üstün idik. Biz qapıya 22 zərbə vurmuşduq, onlar 8 zərbə. Sadəcə öz səhvlərimizdən qollar buraxdıq. Bizim epizodlarımız qolla nəticələnmədi.

- İsa Atayevin Rumıniya ilə oyundan sonra kənarda qalması nə ilə bağlıdır?

- İki gün ərzində mənə o qədər zənglər gəlib, jurnalistlər məhz bu haqda suallar verirlər. Heç bir şey yoxdur. Məşqçilər korpusunun fikri idi. İstədik ki, İsa Atayev bu oyunda dincəlsin. Başqa bir şey yoxdur.

- Millini qarşıda Qazaxıstanla matç gözləyir. Bu oyunları həlledici saymaq olar?

- Əlbəttə, Qazaxıstana qarşı iki oyundan çox şey asılı olacaq. Qazaxıstan qrupun favoriti sayılır. Həm reytinq sarıdan belədir, həm də son dünya çempionatında iştirak edib, Avropa çempionatında yaxşı nəticə göstəriblər. Çətin oyunlar olacaq. Kim onlardan xal ala bilsə, o komanda qrupda öz yerini birinci və ya ikinci pillədə möhkəmləndirəcək.

- Niderland millisinin vurduğu qol haqda hansı fikirdəsiz? Emin Kürdov hakimə qəti etiraz etdi. Sizcə, top qapı xəttini keçmişdi?

- Yalan deməyim, görməmişəm. Çünki dayandığım yerdən görünmürdü. Millinin həkimi həmin epizodda ordaydı, qol olmadığını dedi. Qoldan sonra Emin Kürdov düzgün etmədi, hakimə etiraz bildirdi və boş yerə sarı vərəqə ilə cəzalandırıldı.

- Rövşənin Rumıniyaya qarşı keçirdiyi performansdan narazı qaldınız deyə, bu gün qapıda Emin dayanmışdı?

- İnanın ki, birinci oyunqabağı ən sonuncu seçimi qapıçılardan yana etdik. Çünki ikisi də eyni səviyyədədir. Məşqçilər üçün seçim etmək çətindir. Emini də çoxdan tanıyıram, o da etibarlı qapıçıdır, Rövşən də. Ona görə Rumıniyadakı görüşdə qapıda kimin olacağını bilmirdik. İnanın qapıçını bir saat qalmış seçdik. Bu oyunda Eminə şans verdik. Rumıniyada qalib gəlsəydik də, bu gün qapını 80 faiz Eminə tapşıracaydıq. Hər ikisinin oyun praktikası olmalıdır. Rövşən də Rumıniyaya qarşı yaxşı dayandı. Buraxılan qollarda səhvləri yox idi.

- Manekanı ilk oyunda dəvət etmədiyinizə görə peşmansız? Bu gün ilk matçında qolunu vurdu...

- O, öz epzidolarından istifadə edən oyunçudur. Maneka "stolba" mövqeyində oynayır. O mövqedə isə bizdə Vilela və Xətai var. Bizə daha çox qaçan oyunçu lazım idi. Manekaya şans verdik ona. O da sağolsun, bizə kömək oldu. Peşəkar biridir. Bir gün əvvəl 20 saatlıq yol gəlib, meydana çıxıb belə oynadı. Ona təşəkkür ediirk.

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU