“Zaur Axundov millinin qarşısına konkret vəzifə qoyub”

14 Yanvar 2023 17:20 Futzal 495
“Zaur Axundov millinin qarşısına konkret vəzifə qoyub”

“Zaur Axundov millinin qarşısına konkret vəzifə qoyub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov deyib.

Onun bildirdiyinə görə, federasiya prezidenti Z.Axundov yığma komandanın məşqçilər korpusundan dünya çempionatının əsas seçmə mərhələsində qrup birincisi olmağı tələb edib:

“Martda iki oyun keçiriləcək. Əvvəlcə Yunanıstanla Bakıda, daha sonra səfərdə Polşanın qonağı olacağıq.

Qrupda birinci yerin taleyinə elə Polşada aydınlıq gələcək. Zaur müəllim milli üçün hər cür şəraiti yaradıb.

O. bunun qarşılığında dünya çempionatının final mərhələsinə vəsiqə istəyir. Joze Alesio Da Silvanın ovaxtadək millidə işini davam etdirəcəyi dəqiqdir.

Braziliyalı baş məşqçi ilə yeni müqavilənin imzalanması üzərinə götürdüyü öhdəliyi yerinə yetirib-yetirməməsindən asılıdır”.

Xəbər Lenti