”Başımı qatırdım, məni darta-darta bu kluba apardılar”

26 Dekabr 2022 01:00 Futzal 683
”Başımı qatırdım, məni darta-darta bu kluba apardılar”

"Universitetə qəbul olana qədər məhəlləmizdə yaşıdlarımız komanda yaratmışdı və məni də ora dəvət etmişdilər".

Sportinfo.az xəbər verir ki, bu sözlər futzal yığmasının sabiq kapitanı Vitali Borisova məxsusdur.

Karyerasını 40 yaşında başa vuran keçmiş oyunçu futbolu futzala dəyişməsini belə izah edib:

"Həvəskarlar Liqasında başımızı qatırdıq. Orada oynaya-oynaya müdafiəçi Xəyyam Bəkirovla tanış oldum.

O, həm də “Metropoliten”in məşqçisi idi. Onun vasitəsilə həmin komandaya keçdim. Bu kollektiv də Həvəskarlar Liqasında və müxtəlif turnirlərdə iştirak edirdi.

yoldaşlarımdan Zaur Ramazanov, Baba Əsgərov (Babaş), Məmmədqulu Zeynalovun (Mamed) adını çəkə bilərəm ki, futzala gəlişim də onların sayəsində oldu.

Babaşla Mamed sanki məni darta-darta futzala - “Anqlo Oil”ə apardılar. Baş məşqçi Elçin Rəhimov idi, oyunumu bəyəndi, qaldım və müqavilə imzaladım.

Daha sonra komandanın adı dəyişdi, “Tribut” oldu. Ondan sonra futzalçı oldum".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda