Azərbaycan klubu legionerlərdən ikisini göndərdi, daha üçünü də…

7 Noyabr 2022 21:00 Futzal 697
Azərbaycan klubu legionerlərdən ikisini göndərdi, daha üçünü də…

Çempionlar Liqasının əsas mərhələsində uğursuz çıxış edən “Araz-Naxçıvan”da islahatlar başlayıb.

Bosniya və Herseqovinada keçirilən V qrupunun hər 3 oyununda məğlubiyyətlə üzləşən Azərbaycan çempionu 2 legionerlə yollarını ayırıb.

Baş məşqçi Joze Alesio Da Silvanın bir müddət əvvəl düşərgəyə cəlb etdiyi 9 braziliyalıdan hücumçu

Pedro Torres və qapıçı Viktor Uqo Piresa buradan ayrılıb. Daha 3 “sambaçı” ilə müqaviləyə isə yaxın günlərdə xitam veriləcək.

Alesionun sükanı arxasında dayandığı "Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsində biabırçı nəticələr əldə edib.

V qrupunda mübarizə aparan ölkə çempionu"Erebru"ya (İsveç) 2:5, "Loznika Qrad"a (Serbiya) 1:4 və “Mostar”a (Bosniya və Herseqovina) 2:3 hesabıyla uduzub.

Cənubi amerikalı həm millidə, həm də klubda işlədiyindən, qurumun rəhbərliyi onunla bağlı yekun qərarı ümumi nəticələrə əsasən vermək niyyətindədir. Bu, son görüşdə Alesionun diqqətinə çatdırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”